ONN İnformasiya Agentliyi

35 yaşınız varsa, bunu etməyin!

35 yaşınız varsa, bunu etməyin!
14 Fevral 2021 - 11:19

Hər qadın yaşından gənc görünməyi arzulayır və bunun müəyyən sirləri var. Kosmetoloq Yekaterina Morozovanın sözlərinə görə, gənc qızlar yetkin insanların dərisi üçün nəzərdə tutulan prosedurlardan imtina etməlidir. Ekspert qeyd edib ki, bəzi prosedurlar gənc qızların dərisinə zərər verə bilər.

ONN media  xəbər verir ki, Y.Morozova ilk növbədə 20 yaşda kəskin pilinqlər etdirməyin əleyhinədir.

“Məsələn, 20 yaşda kəskin dəri soyulması (pilinq), almaz dermabraziya, plazma müalicəsi, botulinum terapiyası edə bilməzsiniz. Gənc yaşda insan belə kosmetik müdaxilələrə çox diqqətli olmalıdır. Bu dövrdə dəri güclü hormonal dəyişikliklərə məruz qalır və ətraf mühitə yenicə uyğunlaşmağa başlayır. Odur ki, dəriyə zərər verməyəcək düzgün baxımı seçmək vacibdir. 25 yaşda SMAS liftinq, biorevitalizasiya və botulinum müalicəsi zərərlidir. Ən yaxşı effekt üz masajı sayəsində əldə edilə bilər. Lenfatik drenajı seçmək daha yaxşıdır.

30 yaşdan sonra demək olar ki, bütün gözəllik prosedurları aktuallaşır. Gələcəkdə dərinin solmasının və tonusunu itirməsinin qarşısını ala bilmək üçün bu yaş ən məhsuldar dövrdür. Düzgün müalicə kursu da eyni dərəcədə önəmlidir.

35 yaşınız varsa, bukkal üz masajı qəti şəkildə zərərlidir. Bu masaj əzələ korsetinin sallanmasına səbəb olacaq. Bütün digər prosedurlar edilə bilər, ancaq kosmetoloqun nəzarəti altında həyata keçirilməlidir”.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png