ONN media

Məşhur sənətşünas və dəb ekspertindən 10 qiymətli TÖVSİYƏ

Məşhur sənətşünas və dəb ekspertindən 10 qiymətli TÖVSİYƏ
21 May 2019 - 2:06

Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, sənətşünas, teatr rəssamı, interyer dekoratoru Aleksandr Vasilyev “Модный приговор” verilişində qiymətli fikirləri ilə insanları dəbli geyinməyin qaydaları ilə tanış edir.

ONN media bu yazıda oxucuları dəb tarixçisi və geyim kollektorunun gözəlliyin və zərifliyin ən əhəmiyyətli prinsipləri haqqında irəli sürdüyü fikirləri ilə tanış edib.

Dəblə yox, özünəməxsus tərzlə geyinirik

Hər mövsüm yeni trendlər peyda olur və dəbin arxasınca qaçmaq çətin deyil. Ola bilər ki, siz hansısa trendləri qaçırmısınız. Narahat olmağa dəyməz, Aleksandr Vasilyev problemi çox sadə yolla həll etməyi təklif edir: dəblə deyil, özünəməxsus tərzdə geyinir, şəxsi məziyyətləri incələyir və yalnız ürəyimizə yatan trendlərə diqqət yetiririk.

Geyimləri saç və göz rənginə uyğun seçirik

Bu tövsiyə çox sadə görünsə də, bir çox hallarda qızlar onu görməzdən gəlir. Saç və gözlərə dəri rəngini də əlavə etmək olar. Əgər çəhrayı və mavi arasında qalmısınızsa, duyğuları bir kənara atıb dəri və saç rəngini hansı çaların daha effektiv vurğuladığına nəzər salın.

Populyar mağazalara girmirik

Dəblə geyinmək yaxşı olsa da, hamı kimi geyinmək pisdir. Bu ikisi arasında fərq çox incədir. Dəb mütəxəssisi bu bəndə də məziyyətlərə arxalanmağı tövsiyə edir:

“Kütləvi mallar həmişə daha pis görünür. Bu, o demək deyil ki, hamı eksklüviz məhsulları olan hansısa butikin qarşısında növbəyə düzülməlidir. Buna baxmayaraq, özünü tapmaq üçün bir həll tapmaq lazımdır. Eleqant olmaq istəyirsiniz? O halda obraza kəpənək, qalstuk, kəmər və ya şal əlavə edin. Üstünlüyünüzü azaltmağın yox, artırmağın yollarını düşünün”.

Kömək axtarın

Dəb tarixçisi əmindir ki, qarderobu təkbaşına seçməyə dəyməz: “Geyim seçimində kiminsə yardım etməsi önəmlidir, tək öhdəsindən gələ bilməyəcəksiniz”.

Stlistə pul ödəmək barədə düşünməyin, son illərdə fəşn blogerləri çox populyardır, özü də onlar bu işi təmannasız görür. Odur ki, bloqlardan hər kəs ürəyincə olan məsləhətlər tapa biləcək.

Televiziyaya yönəlmirik

Aleksandr Vasilyev televiziya ekranlarından insanların üslubunu təkrarlamağı qəti şəkildə pisləyir:

“Efirə çıxarkən geyindiyimiz geyimlər studiyadan kənar insanlar üçün təlimatçı rolunu oynaya bilməz. Biz xüsusi olaraq parlaq efir üçün teleobraz yaradırıq. Adi həyatda nə təyyarədə, nə taksi saxlayarkən, nə idə işə belə getmirik. Amma zövqü inkişaf etdirməyə dəyər, bu məsələdə Pinterest və instaqramda moda səhifələri köməyə gələcək”.

Qranj üslubu qadağan edirik

Bu günün üslubu moda tarixçisinin elə də ürəyincə deyil. Müsahibələrindən birində Aleksandr Vasilyev onu “qaçqın üslubu” adlandırıb.

“Buraya cırıq cinslər və corabsız ayaqqabı daxil edilir. Xaos və düşünülmüş səliqəsizlik özü bir estetika növüdür, amma ona diqqət yetirməyə dəyməz.

Zinət əşyaları və geyim kollektoru həmişə zəriflik və qadınlığı təşviq edib. Bu məsləhət onu bir daha sübut edir.

Sancaq taxırıq

Bu il bu aksessuarlar dəbin zivəsini yaşayır. Moda Həftələrinin podiumlarında təbii daşlardan hazırlanan yaxa sancaqları daha çox qarşımıza çıxdı. “Van Cleef”, “BVLGARI” və “Chanel” kimi lüks markalar yenidən bazara yaxa sancaqlarını çıxarıb, odur ki, aksessuarın nəzərə alınması lazımdır.

Mütəxəssis hesab edir ki, hətta ikisini birdən taxmaq olar. Əsas odur ki, simmetriya və ya asimetriya yaratmaq istədiyimizə qərar verək. Və unutmayın ki, əgər obraz kifayət qədər idman tərzindədirsə, broş önəmli element deyil, onsuz da keçinmək olar. Amma donlara əla yaraşar”.

Ayaqqabıya fikir veririk

“Əgər qadının ayağında gözəl bir ayaqqabı varsa, deməli, yaxşı geyinib. Əfsanəvi Şanel hər zaman olduğu kimi haqlıdır” , – deyə Aleksandr qeyd edib.

Ayaqqabıların bahalı moda evlərindən olması və ya bütün gün dikdaban ayaqqabıda gəzmək vacib deyil. Əsas məsələ səliqədir: odur ki, ağ krossovkaların kirini təmizləməyə, dəri ayaqqabları kremləmərə ərinməyin.

Təbiilik haqqında unutmayın

Uzun kirpiklər və böyüdülmüş dodaqları Aleksandr keçmişin qalıqları hesab edir və iddia edir ki, təbii gözəlliyi radikal üsullarla bəzəməyə dəyməz. Təbiilik hər zaman dəbdədir və onu layiqincə qiymətləndirmək lazımdır.

Ölçü hissinə nəzarət edirik

Aleksander Vasiliyev “aşağı açıq, yuxarı isə qapalı” (və yaxud əksinə) klassik qaydasının çoxdankı pərəstişkarıdır. Hər şey çox sadədir: əgər dərin dekolte geyinmisinizsə, ayaqları örtün. Əgər qısa yubka geyinmisinizsə, sinəni örtün. Bu yolla təmkinli görünmək və özünə diqqəti artıq şəhvaniyyətlə cəlb etməmək şansı daha çoxdur.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png