ONN İnformasiya Agentliyi

Ayaqqabı alarkən diqqətli olun

Ayaqqabı alarkən diqqətli olun
03 Fevral 2018 - 16:44

ONN media xanımlarımıza ayaqqabı alarkən diqqət edilməli 10 maddə təqdim edir.

Ayaqqabı eşqimiz bəzən gözümüzü kor edər, səhv qərarlar verməmizə səbəb olar. Sonradan kədərlənməmək üçün ayaqqabı alarkən diqqət yetirilməsi lazım olan qaydalar var. Alış – verişə çıxdığımızda çox bəyəndiyimiz bir ayaqqabını rahat olmasa belə, almaq fikirini artıq unudun! Sizi bütün gün daşıyan ayaqlarınıza daha çox əhəmiyyət verin.

Ayaqqabı alarkən diqqət yetirilməli gərəkli 10 maddə:

  1. Bəyəndiyiniz bir ayaqqabının mütləq iki tayını da sınayıb alın. Çünki bəzən bir tay digərindən fərqli ola bilir. Bu da istifadədə problemlərlə qarşılaşmanıza səbəb ola bilər.
  2. Ayağınızdakı ən uzun barmaq heç bir zaman ayaqqabının ən ucuna dəyməsin, əgər dəyirsə, bu, ayaqqabının sizə kiçik gəldiyinin ifadəsidir. Dərhal söyləyək, baş barmaq ən uzun deyil!
  3. Geyindikcə açılar cümləsinə aldanmayın! Bəlkə həqiqətən də açılır, amma onun açılması üçün günlərlə narahat ayaqqabılarla gəzməyə dəyərmi?!
  4. Bir ayağınız digərindən çox az da olsa böyüksə, seçiminizi hər vaxt böyük olana görə edin.
  5. Həmişə təbii və keyfiyyətli vəsaitdən hazırlanan ayaqqabılar seçin. Ayaq sağlamlığınız üçün təbii vəsaitlərin bir alternativi hələlik yoxdu. Üstəlik, təbii vəsaitlər daha uzun ömürlüdür.
  6. Ayaqlar gün boyunca şişdiyindən ayaqqabı alış – verişinizi günortadan sonra, ya da axşam saatlarında etməyə diqqət edin.
  7. Ayağınızın nömrəsinə çox güvənməyin. Markaların qəlibləri bir-birlərindən fərqli ola biləcəyindən seçiminizi ayaq nömrənizə görə deyil, ayağınıza uyğun gələn ayaqqabıya görə edin.
  8. Almağı düşündüyünüz ayaqqabını müəyyən bir corabla geyəcəksinizsə, mütləq corabınızı da yanınızda aparın. Məsələn, qışda qalın corabla geyinəcəyiniz çəkməni alarkən ayağınızda incə corab olmamalıdır.
  9. “Ucuzdur, vardır xəstəliyi. Bahalıdır, vardır hikməti” sözünü ağılınızdan çıxarmayın. Daha çox pul verərək aldığınız ayaqqabının həm iç, həm də xarici dərisi daha keyfiyyətlidir. Buna görə ayaqqabını daha uzun müddət istifadə edə bilərsiniz.
  10. Mütəxəssislər ideal topuq yüksəkliyinin 4 sm olduğunu söyləyir. Bilirik, moda bu qaydanı heçə sayır. Amma siz yenə də hər vaxt yüksək dikdaban, ya da babet almaqdan qaçının. Mütəxəssislər eynilə yüksək topuqlar kimi davamlı babet geymənin də ayaqlara zərər verə biləcəyini söyləyir.
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png