ONN İnformasiya Agentliyi

Bu qidalar kökəldir

Bu qidalar kökəldir
02 Fevral 2018 - 0:29

ONN media xəbərdarlıq edir.Bu qidalar kökəldir.

Əsrin bəlalarından biri olan artıq çəki problemini aradan qaldırmaq üçün aparılan tədqiqatlar nəticəsində insanı ən çox kökəldən qidalar müəyyən edilmişdir. Çox təəccüblüdür ki, siyahıda ilk sırada şirin qazlı sular və meyvə şirələri durur.

Qazlı şirin sular yüksək kalorilidir (0.5 l qazlı şirin suda 6 çay qaşığı şəkər vardır).Bu içkilər susuzluğu yatırmır və toxluq hissi yaratmır, elə bu səbəbdən çox içilir və nəticədə piylənməyə, şəkərli diabet və kariyesə səbəb olur.Qaymaq, xama, kərə yağı, yağlı pendir kimi süd məhsulları, eləcə də marqarin və mayonez də yüksək kalorili olduqlarına görə piylənməyə səbəb olurlar. Alkoqollu içkilər, şəkərli çay və qəhvə artıq çəki yaradır.Belə ki, orqanizm artıq şəkəri piyə çevirir. Ağ çörək və ağ undan hazırlanmış şirniyyatlar, xəmir xörəkləri; yağlı qırmızı və ağ ətdən hazırlanmış (xüsusilə də qızardılmış) xörəklər, kolbasa məmulatları da kökəlməyə səbəb olur. Qaymaqlı dondurma, şokalad, kremli tortlar bu qəbildəndir.

Ayaqüstü, tələm-tələsik yeyilən fast-fud yeməkləri (hamburger, qaynayan yağda qızardılmış kartof, çips, toyuq əti və s.) sürətlə çəki artırır.Bunun səbəbi fast-fud yeməklərinə (eləcə də kolbasa məmulatlarına, konservlərə və s.) qatılan mononatrium-qlütomatdır (kodu E 621). Qidaların dadını yaxşılaşdırmaq üçün istifadə olunan E 621 baş beyinin əsas kimyəvi maddələrini – mediatorları ələ keçirən dad reseptorlarını var gücüylə işləməyə məcbur edir. Orqanizm daha çox qida tələb edir və toxluq hiss çox gec əmələ gəlir.Yuxarıda adı çəkilən qida məhsulları passiv, oturaq həyat tərzi sürən insanları kökəldə bilər. Aktiv fiziki işlə məşğul olan, qəbul etdiyi kaloriləri "xərcləyən” və saat 18.00-dan sonra yeməyən insanlar üçün kökəlmə riski yüksək deyildir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png