ONN İnformasiya Agentliyi

Bu qidalarla formada qalın

Bu qidalarla formada qalın
09 Fevral 2021 - 4:55

Bəzi insanlar yalnız ac qalmaqla, ya da daha çox idmanla məşğul olmaqla artıq kilolardan xilas ola biləcəyini düşünür. Lakin birdən-birə arıqlamaq dəri sallanması və selüliti kimi problemlər yaradır. Buna görə də dietoloqlar çəki atmağa kömək edən qidalar istehlak etməyi tövsiyyə edirlər.

1.Qatıq
Aparılan araşdırmalar nəticəsində yağsız qatıqdakı kalsiumun zəiflədici təsiri olduğu müəyyən edilib.

2.Lobya və paxlalı tərəvəzlər
Paxlalı tərəvəzlərin tərkibindəki liflər sayəsində insan özünü tox hiss edir. Ona görə də salat və şorbalarda lobya və paxlalı tərəvəzlərdən istifadə edə bilərsiniz.

3.Yumurta ağı
Bol miqdarda amin turşusu, zülal və D vitamini olan yumurta ağı maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir.

4.Qırmızı bibər
Qırmızı bibər də maddələr mübadiləsinin sürətini artıran tərəvəzlərdən biridir. Gündəlik yeməklərinizə bir çay qaşığı çili bibəri əlavə etmək çəki atmağınızı asanlaşdıracaq.

5.Qreypfrut
Yeməkdən əvvəl qreypfrut yemək və ya bir stəkan qreypfrut şirəsi içmək iştahanı azaldır, arıqlamağınızı asanlaşdırır.

6.Zeytun yağı
Zeytun yağı da arıqlamağınıza kömək edən qidalardan biridir. Tərkibindəki omeqa 6 yağ turşuları kalori yandırmağı asanlaşdırır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png