ONN İnformasiya Agentliyi

Bunlara diqqət edin

Bunlara diqqət edin
07 Fevral 2018 - 16:26

 

       Parfum istifadəsi zamani olunan 5 yanlış

Günümüzdə hər kəs tərəfindən istifadə edilən ətirləri istifadə aman edilən bir neçə yanlışlar var.Gün ərzində istifadə etdiyimiz parfumun ətri qalıcı olmursa səbəbi istifadə zamanı yol verdiymiz xətalar ola bilər

ONN media onlardan bir neçəsini sizlər üçün təqdim edir.
1.Biləkləri ovuşdurmaq
Parfumu sınayarkən biləyinizə sıxıb sonra ovuşdurmaq yanlış bir hərəkətdir.Biləkləri ovuşdurarkən dəriniz isinir,bunun nəticəsində ortaya çıxan enzimlər parfumun ətrini dəyişə bilir.Bunun baş verməməsi üçün bir kərə püskürtün və dərinizdə qurumasını gözləyin.

2.Ətiri vanna otağında saxlamaq
Parfumların tərkibi saxlanma şəraitinə qarşı həssasdır.Məsələn vanna otağında saxladığınız ətir orada temperatur daha isti olduğundan qalıcılığını itirə bilir.Əgər ətirinizin daha uzun müddət qalıcı olmağını istəyirsinizsə,vanna otağında deyil,öz orijinal qutusunda sabit otaq istiliyi olan yerdə saxlayın.

3.Saçlara parfum sıxmaq. 
Bir çox qadının etdiyi yanlışlardan biri də saçlara parfum sıxmaqdır.Uzun müddət qalıcılıq təsiri olan parfumların tərkibindəki kimyəvi maddələr saçınıza zərər verə bilər.

4.Parfumları qarışdırmayın.
Birdən artıq ətir dərinizə sıxaraq ətirləri qarışdırmayın.İlk öncə xoş ətir gəlsə də qarışan maddələr dərinizdə qızartı və alergik reaksiyaya gətirib çıxara bilər.

5.Duş sonrası parfum istifadəsi.
Duş sonrası qalıcı olsun deyə istifadə etdiyniz parfum,vücudunuzdakı məsamələrin qapanmasına səbəb olur.Buna görə də duşdan bir saat sonra istifadə etmənizdə fayda var.

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png