Çayın dəmini qətiyyən atmayın! – SAÇLARA İNANILMAZ FAYDALARI

Qədimdə çayları ümumiyyətlə göz altı bənövşəyiliklərini aradan qaldırmaq məqsədi ilə seçim edirdik. Lakin artıq inkişaf edən texnologiya ilə birlikdə çayın saça faydaları ortaya çıxdı və xanımlar artıq çaydanda qalan dəmləri atmaq yerinə baxım məhsulu olaraq istifadə edə bilər.

Qeyd edək ki, qara çayın tərkibindəki amin turşuları, protein, vitaminlər, kafein kimi birləşmələr saç üçün inanılmaz faydalar təmin edir. Dəmlənmiş köhnə çayı atmaq əvəzinə təbii qulluq vasitəsi olaraq istifadə edə bilərsiniz.

ONN media qara çayın saçlara faydalarını sadalayır.

Saç dərisini yaxşılaşdırır

Çay kəpək problemini həll etməyə kömək edir, saç diblərində yaranan qızartı və iltihabı azaldır.

Saçı gücləndirir

Çay saçları gücləndirir, bərpa edir və qidalandırır. Tərkibindəki kafein saç tökülməsini azaltmağa kömək edir.

Saçı parıldadır

Çay saçın boğuq rəngini tamamən aradan qaldırır. Tərkibindəki polifinlər, C və E vitamini sayəsində saçı parladır və yumşaqlıq verir. Bundan başqa çayın tərkibindəki birləşmələr PH səviyyəsini tənzimləyir və saçın yağlanmasının qarşısını alır.

Saçınıza çay maskası vurun

Saçınızı bir dəfə şampunla yuduqdan sonra çayı saçınıza tökərək, 5 dəqiqə saxlayın. Sonra saçınızı durulayın. Həcmli və sağlıqlı bir saç üçün bunu həftənin 2-3 günü istifadə etmək yetərlidir.(medicina)