Cennifer Enistonu 10 kiloqram arıqladan pəhrizi

Hollivud ulduzu Cennifer Eniston hər zaman ideal bədən quruluşu ilə diqqət mərkəzində olub. Sənətçi hər zaman dietoloqunun məsləhəti ilə arıqlamağa çalışır.

ONN media aktrisanın pəhrizini təqdim edir:

Tərkibində bir çox vitaminlər olan kərəviz kökü pəhriz üçün əla qidadır. Mayk Ozneronun yeni pəhrizi vasitəsilə 1 həftəyə 10 kiloqram arıqlamaq mümkündür. Pəhrizi ilk dəfə Cennifer Eniston sınaqdan keçirdib.

Şorbanı hazırlamaq üçün:
3 litr su
400 qr. kərəviz kökü
3 ədəd pomidor
2 yaşıl bibər
0,5 kq. kələm
6 ədəd soğan
Tərəvəzləri qaynadıb, şorba hazırla.

1 həftəlik menyu:
I gün:
İstədiyin qədər kərəviz şorbası iç, meyvə ye (banan qadağandır).

II gün:
Sobada, suda, buxarda və ya manqalda bişmiş tərəvəzlər. Naharda 1 ədəd bişmiş kortof ye. İkinci gün qətiyyən çay, şirə və kofe içmək olmaz. Yalnız adi, qazsız su içmək lazımdır.

III gün:
Yalnız kərəviz şorbası içmək lazımdır.

IV gün:
Kərəviz şorbası yeyib, yağsız süd iç.

V gün:
Kərəviz şorbası, suda bişmiş toyuq filesi və təzə pomidor.

VI gün:
Suda bişmiş toyuq filesi və tərəvəzlər.

VII gün:
Kərəviz şorbası və suda bişmiş qəhvəyi düyü. Gün ərzində yalnız bircə dəfə 1 stəkan təzə meyvə şirəsi içmək olar.