ONN İnformasiya Agentliyi

Çinli qadınların gözəllik sirləri açıqlandı

Çinli qadınların gözəllik sirləri açıqlandı
15 May 2023 - 21:36

Çinlilərin üz dərilərinə ən çox istifadə etdikləri sehirli maska.
Maskanın dəriyə təsiri həqiqətən də inanılmazdır. Çünki, bu maskadan Çində tədbirlərə qatılan, ictimai yerlərdə çox görünən qadınlar istifadə edirlər.
Maska dərinin tonusunu artırır, dərinin datılmasına səbəb olur və dərinin süstlüyünü aradan qaldırır.
Maskanı hazırlamaq üçün düyü, qoz, banan, yulaf kəpəyi və su lazımdır.
Hazırlanması:
50-70 qram düyü qəhvəüyüdəndə üyüdülür. (Amma, üyütməzdən əvvəl düyünü yumaq lazım deyil). Un halına gəlmiş düyü bir qaba tökülür və düyünün ¼ ölçüsü qədər yulaf kəpəyi və tam üyüdülmüş 1 ədəd qoz əlavə edilir. Maskada istifadə edilən bütün məhsullar yn şəklində üyüdülməlidir. Bananın qabığı soyulur və 3-4 sm ölçüdə kəsilir və qarışıma əlavə edilir. Bananı maskaya qatmaqda məqsəd qarışımın yumşaq olmasına nail olmaqdır. Bu səbəbdən də bananın miqdarının artıq olmasının zərəri yoxdur. Qarışımın yumşaqlığı smetan qatılığında olmalıdır. Qarışım hazırlandıqdan sonra 10 dəqiqə dincəlməyə qoyulur.
Maskanı qoymazdan əvvəl üzün dərisi təmizlənir. Dəri 7-10 dəqiqə dəmlənmiş çobanyastığı dəmləməsi ilə isladılır. Sonra maska sürtülür və 20-25 dəqiqə saxlanılır. Sonra maska üzdən isti su ilə yuyulub təmizlənir, yumşaq dəsmalla qurulanır

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png