Dəri rənginə görə pomada seçimi

Qırmızı pomada bir çox qadının vazkeçilməzi olsa da, hər zaman güclü təəssürat doğurmur.

ONN media oxuyucuları dəri rənginə görə, pomada doğru seçimi ilə tanış edir.

Qırmızı pomada ilə makiyajın incəlikləri arasında cəsarət ön planda gəlir. Ancaq burada digər vacib detal saç və dəri rəngidir. Çünki qırmızı pomadanın bir çox çaları var və onlar hər kəs üçün deyil. Bəs kimlər qırmızının hansı çalarlarından istifadə edə bilər, ümumiyyətlə, qırmızı pomada kimə daha çox yaraşır?

Əsmər və qarabuğdayı

Qırmızınınm dolğun və mərcan çalarları tam sizlikdir. Tünd dəri imkan verir ki, tünd pomada istifadə edəsiniz. Əsmər xanımlar canlı tonları seçməlidir. Ənlik və dodaq arasında ahəng olmalıdır.

Ağ dəri

Ağ dərili qadınlar qarabuğdayı və qızıl dərili xanımlardan fərqli olaraq çox şanslıdır. Bu dəri rənginə sahib olan qadınlara tünd qırmızı tonları inanılmaz yaraşır. Soyuq və tünd qan qırmızısı məhz sizlikdir.

Sarışın

Narıncıya yaxın qırmızı pomadalara üstünlük verin. Üstəlik, şəffaf parladıcı da sarışın xanımların dodaqlarında daha xoş dayanır. Qırmızı ilə yanaşı mərcan rənglərinin də çox yaraşdığını deyə bilərik.