ONN İnformasiya Agentliyi

Dəri rəngimizə uyğun düzgün dodaq boyasını necə seçəməli?

Dəri rəngimizə uyğun düzgün dodaq boyasını necə seçəməli?
09 Aprel 2020 - 1:58

Sarışın, qara-buğdayı ya qızılı… Saç rənginiz və dəriniz sizə uyğun dodaq boyası tonunu da təyin edər. Təbii ki qadınların ən çox sevdiyi və imtina edilməz “silah”ı belə dodaq boyasıdır! Araşdırmalara görə qadınların yüzdə 60 faizi dodaqlarına boya sürtmədən evdən çıxmırlar. 80 faizi isə 14-60 yaşlar arasında boyadan istifadə edirlər, 31 inin isə en çox sevdiyi rəng qırmızıdır. Bəs qadınlar bu qədər çox satılan dodaq boyasının özlərinə yaraşacaq rəngindən mi alırlar? Gəlin günlük həyatımızda ya da axşamlar üçün istifadə edəcəyimiz, dərimizə yaraşan möhtəşəm dodaq boyası rənglərini kəşf edək…

Qumral saç və qara-buğdayı dəri üçün- Əgər dəriniz bürünc rəngində və açıq və yaxud tünd-qəhvəyi saçlarının varsa, o zaman siz şanslı insanlardan birisiniz çünki sizin üçün seçimlər sonsuzdur. Hər rəng sizə yaraşar və tək bir rəngdə qalmaq məcburiyyətində deyilsiniz. Ancaq dişləriniz Hollivud ulduzları kimi ağappaq deyilsə tünd-qəhvəyi tonlardan uzaq durun. Çünki bu rənglər dişlərinizdəki sarılığı daha gözə çarpan halına gətirir. Əflatuna çalan cəhrayl tonlar qumrallara zərif bir hava qatar. Nude dodaq boyaları qarşı cinsi sizə yaxınlaşma istəyini daha da artırar. Şaftalı tonlarındandısa, dəriniz azca bronzlaşdıqda başdan çıxardan bir təsirə sahib ola bilər. Parti makyajında dodaqlarınıza sürəcəyiniz qızıl tonlarında bir dodaq boyası ilə baxışları özünüzə cəlb edə bilərsiniz. Torpaq tonları da buğdayı dərinizə yaraşa bilər. Bənövşə rəngli dodaq boyaları da kişilərin baxışlarını dodaqlarınıza çəkə bilər. Qızılı saç və ağappaq dəri üçün- Marcia Cross ya da Julianne Moore kimi təbii qızılı saçlı və haradasa şəffaf dəri rənginiz varsa, dodaq rənginizi açıq tonlarla örtmək sizə çox yaraşacaq. Gündəlik həyatda şəffaf parıldadıcı boyalar sizin üçün idealdır. Dodaqlarınıza biraz rəng vermək istəyirsinizsə karamel, qəhvə və portağal tonlarını istifadə edə bilərsiniz. Bu rənglər dərinizin duruluğunu daha da irəli çəkəcək. Qırmızı dodaq boyası seçərkən daha diqqətli olmağınızı tövsiyə edirik, çünki qırmızı boya dərinizi daha bəyaz göstərər, buna görə üzünüz daha solğun görünə bilər. Qəhvə tonuna yaxın qırmızılar isə sizə daha uyğundur.

Sarı saç və açıq dəri üçün- Sarışınsınızsa özəlliklə gündüzləri daha zərif tonları seçməlisiniz, çünki tünd rənglər sizin dodağınızı daha çox gözə çarpan edə bilər( yəni sizi narahat edəcək dərəcəsinə qədər). Yumuşaq rəngli dodaqlar sarışınlara daha gözəl bir ifadə verər. Pastel tonları zərif üz xətlərinizi daha diqqətə çarpan şəkilə gətirəcək, açıq rəngli gözlərinizi daha çox vurğulayacaq. Axşam saatlarında daha çox iddialı ola bilərsiniz. Daha sərt çəhrayı və bənövşəyi rəngləri ilə dodaqlarınız parlayacaqdır. Klassik bir qırmızı boyanın açıq rəngli dərinizdə çox havalı duracağına əminik, ayrıca sizə başdan çıxarıcı bir hava da verəcəkdir. Qırmızı dodaq boyanızın üzərinə qızılı şəffaf bir parıldayıcı(blesk) sürə bilərsiniz. Gecə makyajında isə, bənövşə tonlarına yaxın çəhrayı ton ağappaq və duru dərinizi möhtəşəm göstərəcək. Portağal və qızılı tonlarından uzaq durmalısınız. Sarı tonlar dərinizi solğun göstərir.

Qara saç və əsmər dəri- Əsmər dəriniz varsa, daha rahat qərar verə bilərsiniz, çünki bir çox dodaq boyası rəngi dərinizlə mükəmməl uyğunlaşma yarada bilər. Özəlliklə qırmızı, zoğalı, qəhvə və tünd rəngli dodaq boyaları sizə çox yaraşacaq. Çəhrayı dodaq boyaları da gündəlik həyatda seçə biləcəyiniz tonlar arasındadır. Çəhrayının çox açıq və çox parlaq tonlarından istifadə etməyiniz yalnış seçim olardı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png