ONN İnformasiya Agentliyi

Dərinin elastikliyi və təbii gözəlliyi qorumağa kömək edən 10 faydalı məhsul

Dərinin elastikliyi və təbii gözəlliyi qorumağa kömək edən 10 faydalı məhsul
11 May 2019 - 1:02

Dəri bədənimizin ən böyük orqanıdır və həyat tərzimiz onda əks olunur. Əgər sağlam qidalanır, məşq edir və stressdən uzaq durmağa çalışırsınızsa, dəri yaxşı görünür. Bir çox məhsulun tərkibinə bədənin təmizlənməsinə və qocalma prosesini ləngitməyə kömək edən antioksidantlar daxildir.

ONN media bu yazıda oxucuları dərinin sağlam və parlaq olmasını təmin edən faydalı bitkilərlə tanış edib.

1. Tərə

Tərə kalsium, kalium, maqnezium, fosforun əla qaynağıdır. Bu, qan dövranını yaxşılaşdırır və bədəni təmizləyir. Bu bitki immuniteti gücləndirir, həzmini yaxşılaşdırır və yod tərkibi sayəsində tiroid vəzinə dəstək verir.

2. Qırmızı bibər

C vitaminindən savayı karotenoid adlanan güclü antioksidantları ehtiva edir. Onlar anti-iltihablı bir çox xüsusiyyətlərə malikdir və dərini günəşin zərərli təsirlərindən, çirklənmədən və ətraf mühitin toksinlərindən qorunmasına kömək edə bilər.

3. Papaya (Qovunağacı)

Bu dadlı ekzotik meyvə müxtəlif antioksidantlar, vitaminlər və minerallarla zəngindir, bu da cildin elastikliyini yaxşılaşdırmağa, nazik xətlər və mimik qırışların görünüşünü minimuma endirir.

4. Qarağat

Qarağat A və C vitaminləri, həmçinin antosiyanin antioksidantları ilə zəngindir. Dərini zərərdən qoruyur, təmizləyir və təbii yenilənməni funksiyasını yerinə yetirir.

5. Brokoli

Brokoli vitamin C və K, folate, lutein və kalsiumla zəngindir.

6. İspanaq

İspanaq bütün bədəni oksigenlə təmin edən kömək edən antioksidantlarla boldur. Onun tərkibinə A, C, E və K vitaminləri, maqnezium, lutein daxildir.

7. Fındıq

Qoz, fındıq, fıstıq və badam kimi çərəzlərin tərkibindəki E vitamini xüsusilə dəri toxumasını bərpa etməyə və nəm balansını saxlamağa kömək edir, həm də ultrabənövşəyi şüaların zərərli təsirlərindən qorunmaq üçün əla vasitədir.

8. Avokado

Avokadoda iltihaba qarşı mübarizə aparan, dərini hamar və elastik edən yağ turşuları çoxdur. Buraya K, C, E və A vitaminləri, B qrupunun vitaminləri və kalium daxildir.

9. Şirin kartof

Şirin kartofa narıncı rəng verən A vitamininə çevrilən beta-karotendir. A vitamini dəri elastikliyini bərpa etməyə kömək edir, dəri hüceyrələrinin mübadiləsini təşviq edir.

10. Nar

Nar əsrlər boyu dərman vasitəsi kimi istifadə edilib. C vitamini və müxtəlif güclü antioksidanlarla zəngin olan nar vücudu sərbəst radikallardan qoruyur və iltihabları azaldır.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png