Dırnaq boyanızın uzun müddət qalması üçün 4 qayda

ONN media dırnaq boyanızın uzun müddət qalması üçün 4 qayda təqdim edir.

Boyanı yarıyadək çəkin:

Dırnaq uclarını gücləndirmək və boyanın daha çox uzun müddətli olması üçün birinci qat dırnaq boyasını dırnaqların dibindən ortasına qədər çəkin. Quruduqdan sonra isə ikinci qatı tam formada dırnaqınıza çəkin.

Dırnaq boyasından çox istifadə edin:

Hər iki qattı çəkərkən dırnaq boyasını qalın çəkin. Qurumağı üçün biraz vaxt tələb olunsa da boyanın ömrü daha uzun müddətli olur.

Soyudun:

Dırnaq boyasının çəkdikdən sonra daha tez quruması üçün əllərinizi soyuq su olan qaba salın və dayana bildiyiniz qədər gözləyin. 5 dəqiqə ərzində dırnaqlarınızı sudan çıxarıb təkrar suya salmaqla daha tez qurumuş və parlaq dırnaqlara sahib olarsınız.

Dırnaqlarınızı qoruyun:

Dırnaqlarınızı qorumaq üçün boyadan əvvəl dırnaq qoruyucu boya çəkə və ya yodla silə bilərsiniz. Bu zaman həm dırnaqlarınız möhkəm olar həm də dırnaq boyasının zərərlərindən qaçmış olarsınız.

Həmçinin qadınlarımız dırnaqlarının ayrılmasından yəni ikiyə bölünməsindən şikayət edirlər. Bununla qarşılaşmamaq üçün hazır çay paketindən istifadə edə bilərsiniz. Əvvəlcə çay paketini dırnaqlarınızın formasında kəsin daha sonra birinci qat dırnaq boyasını çəkdikdən sonra qurumağnı gözləmədən kəsdiyiniz çay paketlərini dırnaqınıza yapışdırın ve ikinci qatı çəkin. Bundan sonra dırnaqlarınız güclənir və soyulmur. Və ən əsası dırnaqları asetonla sildiyiniz zaman paketlərdə silinir və heç bir çətinlik yaranmır.