Dırnaqları qırılmadan uzadın

Xanımların ən böyük problemlərindən biri dırnaqların qırılması, gec uzanması və kövrək olmasıdır.

ONN media -nın təqdim etdiyi resept vasitəsilə qısa müddət sonra istədiyiniz dırnaqlara sahib olacaqsınız.

Lazım olanlar:

Yarım limon
Yarım armudu stəkanı soyuq sıxım zeytun yağı

Limon ortadan bölünür.Suyu sıxılır. Qabığın içərisinə zeytun yağı tökülür. Dırnaqlar 10 dəqiqə boyunca qabığın içində saxlanılır. Daha sonra isti su ilə yuyulur və E vitamini tərkibli nəmləndirici krem çəkilir.

Qeyd edək ki, bu reseptlə müxtəlif səbəblərdən qaralmış dırnaqları ağartmaq mümkündür.(axşam.az)