ONN İnformasiya Agentliyi

Gəncləşməyin sehirli sirri – QIZIL MASKASI

Gəncləşməyin sehirli sirri – QIZIL MASKASI
30 Sentyabr 2019 - 1:06

Bəzən qarşımıza illərə meydan oxuyub, gənclik energetikasını qoruyan insanlar çıxır. Onların gənclik sirri isə çoxumuz üçün çözülməyən tapmaca kimi qalır.

ONN media xəbər verir ki, axtardığınız sualların cavabını da elə təbiətin özündə axtarmaq lazımdır. Ev üsulu ilə qızıl maska hazırladıqdan sonra siz də ilbəil gəncləşəcəksiniz.

Qızıl maskanı hazırlamaq üçün bizə 2 xörək qaşığı sürtgəcdən keçirilmiş zəncəfil, 2 xörək qaşığı bal və bir çay qaşığı sarıkök lazımdır.

Öncə bütün inqridientləri qarışdırın. Daha sonra dərinizə çəkib 10 dəqiqə gözləyin. Maka dərinizi biraz yandırsa, narahat olmayın. Qızıl maska həm də qan dövranınızı yaxşılaşdıracaq. Daha sonra üzünüzü ilıq su ilə yuyub, nar şirəsi ilə silin. Nar şirəsi dərini daha hamar və incə edir.

Bu maskanı hər həftə hazırlayıb ev şəraitində gəncləşə bilərsiniz.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png