ONN İnformasiya Agentliyi

Gözəllik üçün ən ucuz vasitə

Gözəllik üçün ən ucuz vasitə
21 İyul 2019 - 1:18

Vazelin dəriyə qulluq vasitələri arasında ən faydalı və ucuz kremlərdən biridir.

ONN media Ailem.az-a istinadla həm gözəllik üçün, həm də həyat şərtlərinizi asanlaşdırmaq üçün vazelinin müxtəlif istifadə yolları barədə məlumat verir.

– Təraşdan sonra dərini yumşaldır.

– Dodaqları yumşaq edir və parlaq göstərir.

– Günəşdə yanmayan nahiyələrinizə, xüsusilə, dizlərinizin arxasına və biləklərinizin içinə sürtsəniz, aradakı rəng fərqini bağlayacaq.

– Qaşlara sürtdükdə dərini yumşaldır və onları daha ağrısız şəkildə ala bilərsiniz.

– Qaşlara çəkdikdə onların formasını saxlayır və parlaqlıq verir.

– Kirpiklərin böyüməsinə kömək edir. Gecə kirpiklərinizə sürtün və təsirini görün.

– Quru dəriyə sürtdükdə dərhal təsirini göstərir.

– Saçlarınızı boyayarkən saçınızla alnınızın birləşdiyi yerə sürtün, beləliklə, boya üzünüzdə iz buraxmayacaq.

– Quru və çatlamış dirsəkləri yumşaldır.

– Ətir vurduğunuz nöqtələrə vazelin çəkmək qoxunun daha qalıcı olmasını təmin edir.

– Vazelinin məsamələri tıxaması ilə bağlı bilinənlər yanlışdır. Tam əksinə, daha yumşaq bir dəri üçün üzünüzə, boynunuza və qollarınıza sürtə bilərsiniz.

– Gecədən qalan makiyajı təmizləməyi asanlaşdırır.

– Göz makiyajının altına, yanaqlarınıza və dodaqlarınıza sürtdüyünüzdə daha parlaq və təzə bir görünüş verəcək.

– Saçlarınızın ucları sağlıqsız görünürsə, az miqdarda saçlarınıza sürtün.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png