ONN İnformasiya Agentliyi

Həm arıqladan, həm də orqanizmi cavanlaşdıran QİDA

Həm arıqladan, həm də orqanizmi cavanlaşdıran QİDA
15 May 2020 - 23:24

Pəhriz saxlayarkən həm də orqanizmin gücünü itirməməsinə diqqət etmək lazımdır. İmmunitet düşməsi bir çox infeksiyaların yaranmasına səbəb ola bilər.

ONN media xəbər verir ki, pərhiz zamanı ən çox məsləhət görülən qidalardan biri də badamdır.

1. Ürəyin dostudur – aparılan araşdırmalar sübut edib ki, ara yeməklərdə badamla birlikdə digər çərəzləri yemək ürək xəstəliyindən ölmə riskini azaldır.

2. Arıqlamağı asanlaşdırır – badam zəngin və aşağı kalorili pəhriz elementidir. Aşağı kalorili yüksək karbohidratlı pəhriz tətbiq edənlərin 62 faizi çəki itkisinə nail olub.

3. Enerji verir – badam riboflavin (B2 vitamini) ehtiva edir və B2 vitamini enerji istehsalını dəstəkləyir. Ehtiyacınız olan enerjini almaq üçün badam ehtiva edən sağlam yeməklər yeyin.

4. Kaliumla zəngindir – bu mineral ürək əzələlərinin sıxılmasını təmin etdiyi üçün ürək döyüntüsü baxımından həyati əhəmiyyət daşıyar. Kalium qəbul edən insanların sistolik (ən əhəmiyyətli) qan təzyiqi təxminən səkkiz dərəcə azalıb.

5. E vitamini ehtiva edir – E vitamini bədəni sağlam hüceyrələrə zərər verən sərbəst radikalların yaratdığı ziyanlardan qoruyar.(axşam.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png