ONN İnformasiya Agentliyi

Qışda dərinizi nə ilə şaxtadan qoruya bilərsiz? – MÖCÜZƏVİ RESEPT

Qışda dərinizi nə ilə şaxtadan qoruya bilərsiz? – MÖCÜZƏVİ RESEPT
13 Yanvar 2020 - 3:39

Soyuq hava, şaxta ən çox da dərimizə ziyan vurur. Qış mövsümündə xüsusən də üz dərimiz ikiqat həssaslaşır. Bahalı kosmetoloji prosedurlara qaçmadan üzünüzü təravətləndirən, nəmliyini geri qaytaran bu maskanı istifadə edin.

ONN media xəbər verir ki, nəməndirici maskanı hazırlamaq üçün 1 çay qaşığı qarğıdalı unu, apardığı qədər duzsuz kərə yağı, 1 çay qaşığı zeytun yağı lazım olacaq.

Hazırlanma qaydası və tətbiqi:

Qarğıdalı unu, kərə yağı və zeytun yağını bir kasada qatılaşanadək qarışdırandan sonra 15 dəqiqə gözlədin. Təmiz dərinizə tətbiq edib qurumağını gözləyin. Quruyan maskanı ilıq su ilə yuyub təmizləyin.

Bu maskanı həftədə bir dəfə tətbiq etmək kifayətdir.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png