ONN İnformasiya Agentliyi

Qocalma prosesini bu üsulla ləngidin

Qocalma prosesini bu üsulla ləngidin
08 İyun 2022 - 8:40

Yalnız dəri üçün faydalı olduğu düşünülən kollagen əslində saç sağlamlığından qığırdaqlara, üz qırışlarından ürək xəstəliklərinə qədər bütün bədənimiz üçün əvəzolunmaz bir zülaldır. Bəs niyə kollagen itkisi yaşayırıq?

ONN media xəbər verir ki, bu barədə Cərrahpaşa Tibb Fakültəsi Xəstəxanasının baş həkimi, Dermatologiya şöbəsinin müəllimi Zəkayi Kutlubay “Milliyyət”ə danışıb.

O bildirib ki, dərinin nəmliyini və elastikliyini təmin edən kollagen əlavəsi oynaqda ağrılar azalda bilir. Saç köklərini qorumaqla yanaşı, saçların ağarmasını azaltmağa kömək edir, ürək sağlamlığına müsbət təsir edir.

“Kifayət qədər idman etməmək, siqaret çəkmək, ultrabənövşəyi şüalar və stress kimi faktorlar orqanizmdə kollagenin parçalanmasına səbəb olur. Tərkibində kollagen olan qidalar arasında balıq, toyuq və hinduşka əti, yumurta, yaşıl tərəvəzlər, şaftalı, ərik, ananas, manqo, limon, qreypfrut, portağal, kivi, qovun, kök, balqabaq və kartof var.

İdman etməklə, Omeqa3-lə daha zəngin qidalanaraq, bitki yağlarından qaçaraq, D vitaminimizə nəzarət və stressimizi idarə etməyi öyrənərək kollagenin istehsalına töhfə verə bilərik. Bunları etməklə siz də qocalma prosesini gecikdirə bilərsiniz”, – professor deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png