ONN media

Qocalmaq istəməyənlər üçün Çin CAVANLIQ iksiri – RESEPT

Qocalmaq istəməyənlər üçün Çin CAVANLIQ iksiri – RESEPT
02 Sentyabr 2019 - 4:25

Hələ qədim zamanlardan insanlar daha çox yaşamaq və qocalmamaq üçün vasitələr axtarır.

Tanınmış israilli həkim-naturopat Meira Avraami uzun illər ərzində müxtəlif xalqlara aid olan qədimi tibbi tarktatları araşdırır. Doktor Avraaminin sözlərinə görə, o, 200-dən (!) artıq “əbədi cavanlıq resepti”ni aşkar edib və onların orqanizmə olan təsirini araşdırıb.

ONN media xəbər verir ki, həkimin sözlərinə görə, belə reseptlərin bir çoxu orqanizmə həqiqətən çox müsbət təsir edir və onu cavanlaşdırır.

Maraqlısı budur ki, müxtəlif xalqlara və zamanlara aid olan reseptlərin bir çoxunda eyni inqrediyentlərin adı çəkilir. Ən çox istifadə olunanlar bunlardır: bal, limon, sarımsaq, sirkə, zeytun yağı, çaxır və zəncəfildir.

Doktor Avraami oxucuları onun fikrinə görə ən faydalı “cavanlıq resepti”ndən biri ilə tanış edib.

Qədim Çin kitablarında yer alan bu vasitə üçün 100 ml limon şirəsi, 200 q bal və 50 ml zeytun yağı götürülür, qarışdırılır və hər gün səhər acqarına 1 ç.q. olmaqla qəbul olunur.

Qarışığı hər gün fasiləsiz qəbul edə bilərsiniz.

Həkimin sözlərinə görə, bu qarışıq ürək-damar və immun sistemi və həmçinin qaraciyər üçün olduqca faydalıdır, insult və infarktın riskini azaldır, dərinin və saçların vəziyyətinə çox yaxşı təsir edir.(saglamolun.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png