ONN media

Rihannadan bürclərə görə dodaq boyası seçimi – MARAQLI RƏNGLƏR

Rihannadan bürclərə görə dodaq boyası seçimi – MARAQLI RƏNGLƏR
06 Sentyabr 2019 - 2:20

“Fenty” kosmetika markasının sahibi Rihanna bürclərə görə qadınlara yaraşan dodaq boyalarını açıqlayıb.

ONN media publika -ya istinadla xəbər verir ki, yaradıcılıqla yanaşı bizneslə də məşğul olan ulduz hər bürcün xarakteristikasına uyğun rəngləri şəxsən özü tərtib edib və onları belə sadalayıb:

Qoç – Alqırmızı

Özünə inamlı, dürüst və lider Qoçlar üçün alqırmızı ideal seçim olacaq.

Buğa – Tünd yaşıl

Dərrakəli və güclü Buğalar çox sabit şəxsiyyətə malikdir, odur ki, bu isti və ədviyyatlı yaşıl kölgə onlara çox yaraşır.

Əkizlər – Bənövşəyi

Bənövşəyinin bu çaları Sosial və bacarıqlı Əkizlər üçün ən uğurlu çalardır.

Xərçəng – Tünd Qəhvəyi

Qırmızıya oxşar tünd qəhvəyini əhvalı daim dəyişkən Xərçəng bürclərindən savayı heç kim daha yaxşı daşıya bilməz.

Şir – Narıncı

Cəsarətli və sözü açıq Şirlərə aid olan heç nə darıxdırıcı ola bilməz. Odur ki, parlaq narıncı təsadüfi seçilməyib.

Qız – Açıq çəhrayı

Həmişə hər şeylə maraqlanan və etibarlı Qızlar üçün çəhrayının bu universal çaları çox uyğundur.

Tərəzi – Açıq qəhvəyi

Təmkinli və çəkici Tərəzilər o qədər əsrarəngizdirlər ki, bu dodaq boyasının sayəsində subay, yoxsa evli olduğunuz çoxlarını maraqlandıracaq.

Əqrəb – Tünd Bənövşəyi

Cəsarətli və sərt Əqrəblər parlaq individuallığı sayəsində şöhrət qazanır. Odur ki, tünd bənövşəyi onlara çox yaraşacaq.

Oxatan – Qarpız çəhrayısı

İşığı heç zaman sönməyən enerji dolu Oxatan qızları üçün ən ideal rəng qarpız çəhrayısıdır.

Oğlaq – Diqqətçəkən qəhvəyi

Rihanna çalışqan və iddialı Oğlaqlar üçün qəhvəyinin parlaq çalarını seçib.

Dolça – Tünd göy

Yenilikçi və müstəqil olmağı sevən Dolçalar eksperimentlər keçirməyi xoşlayır. Odur ki, eynilikdən darıxan Dolçalar üçün tünd göy əla variant olacaq.

Balıq – Əlvan çəhrayı

Əlvan çəhrayı yaradıcı balıqların cazibəsini ön plana çıxacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png