ONN İnformasiya Agentliyi

Saçlarınızı düzgün qurutmağın QAYDASI

Saçlarınızı düzgün qurutmağın QAYDASI
05 Oktyabr 2021 - 21:47

Havaların soyuması qadınların bir çox işini çətinləşdirib. Bunlardan biri də saçları qurutmaqdır. Soyuq havada saçları qurutmağa daha çox önəm verənlər və hər gün saçını yuyanlar asan üsullar axtarır.

ONN media xəbər verir ki, saçları qurutmamaq sinuzit xəstəliyinə səbəb olur. Hələ bu cür probleminiz yoxdursa belə, yaşınız artanda bunu hiss edəcəksiniz.

Vanna otağında saç qurutmayın. Bu səhvdir. Vanna qəbul etdikdən sonra vanna otağında par və nəmli olur. Qurudulan saçlar nəm qalacaq. Çalışın saçınızı başqa otaqda qurudun.

Vanna otağından çıxandan sonra saçınızı həmin an qurutmağa çalışmayın. Saçınızı dəsmala bükün, bir az gözləyin, suyu tam çəksin. Sonra onu qurudun. Bu zaman saçınız həm yaxşı quruyacaq, həm də az vaxtınız olacaq.

Çalışın saçınızı qurudan zaman pambıq dəsmaldan istifadə edəsiniz. Saç kremindən istifadə etmək saçınızı qurutmağı asanlaşdırar.

Saçınızı qurudan zaman onun istiliyini tam yox, ortada qoyun. İstiliyi artıranda tez quruyacağını düşünməyin. Yüksək istilik saçınıza ziyandır. Onu orta temperaturda etmək lazımdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png