Sadəcə 20 dəqiqəyə qırışlardan və ölü dəridən azad olun

Əllər insan vücudunda ən tez zərər görən və yaşı bəlli edən orqandır. Xüsusilə, 25 yaşdan sonra qırışan əllər qocalığın əlamətləri kimi qəbul edilir.

Nizamlı şəkildə qidalanmamaq və dəriyə kifayət qədər qulluq etməmək əllərin nəmini itirməsinə və qurumasına səbəb olur.

ONN media  əllərinizin təravətini geri qaytaracaq 3 maska ilə tanış edir.

Avokado və banan maskası

Yarım banan

Xəfif sərt bir ədəd avokado

Yumurta ağı

Avokadonun lətini çıxarın və yumurta ağı ilə qarışdırın. Daha sonra banana əlavə edin. Hazırladığınız qarışığı boynunuza, üzünüzə və əllərinizə çəkin. 25 dəqiqədən sonra soyuq su ilə yuyun. Prosesi həftədə 3 dəfə təkrar edin. Bu maska dərini qidalandıracaq. Zədələri bərpa edəcək. Dəriniz dərin qatlarına qədər yenilənəcək.

Darçın və Hindistan qozu yağı

1 yemək qaşığı zeytun və ya Hindistan qozu yağı

2 yemək qaşığı qəhvəyi şəkər

Üyüdülmüş darçın

Bütün məhsulları yaxşıca qarışdırın və əllərinizə yedirin. Arzu etsəniz, üzə və boyuna da çəkə bilərsiniz. Nazik çəkməyə diqqət edin və cildinizə zərər verməyin. 5-7 dəqiqə masaj etdikdən sonra yuyun. Təbii müalicənin vazkeçilməz məhsulu olan darçın əllərin dərisini yeniləyəcək və Hindistan qozu yağı nəmləndirəcək.

Qatıq, bal və banan maskası

Yarım banan

Yarım kasa qatıq

1 yemək qaşığı bal

2 yemək qaşığı portağal suyu

Çəngəl köməyilə bananı əzin və yumşalana qədər qarışdırın. Daha sonra bütün məhsulları içinə əlavə edin. Qarışımı üzünüzə də dərinizə çəkmədən əvvəl yaxşıca yuyunun və maskanı çəkib 20 dəqiqə gözləyin. Daha sonra isti su ilə yuyun. Həftədə 3 dəfə təkrar edin. Bu maska dərinin pH səviyyəsini qoruyacaq. Qırışları aradan qaldıracaq.(publika.az)