ONN İnformasiya Agentliyi

Sızanaqları sağaldan meyvə MASKALARI

Sızanaqları sağaldan meyvə MASKALARI
10 Aprel 2018 - 14:43

Meyvələr dərini canlandırır və pilinq təsiri yaradır. Meyvəli maskalar problemli dərilərə fayda verir. Zəngin tərkibli və qidalandırıcı meyvələr solğun, həssas, yıpranmış dərinin düzəlməsinə təsir göstərir.

ONN media faydalı meyvə maskalarını təqdim edir.

Limonlu maska

Meyvə maskaları içərisində ən sürətli təsir göstərəni limonlu maskadır. 3 xörək qaşığı limon suyu və 2 xörək qaşığı balı qaba töküb, yaxşıca qarışdırın. Sonra sızanağın olduğu yerə vurun. 15 dəqiqə saxladığınız maskanı ilıq su ilə dərinizdən yuyun. Bir həftə ara ilə hər gün tətbiq edə bilərsiniz.

Çiyələk maskası

Yağlı bir dəriniz varsa, sızanaqlardan qurtulmanız bir az daha çətin olur. Çiyələk dəridə pilinq təsirinə sahibdir. Çiyələkli sızanaq maskası üçün 6-7 orta boy çiyələk və 2 xörək qaşığı qatıq istifadə edilir. Çiyələkləri təmizləyib qabda əzin və ona qatığı töküb qarışdırın. Qarışımı təmiz dəriyə əlinizlə vurun. Maskanı 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin.

Ərikli maska

Ərik maskası dəridə ölü hüceyrələri təmizləyir. 3-4 ədəd əriyi 1 çay qaşığı yulaf əzməsi ilə əzib qarışdırın. Əvvəlcədən təmizlənmiş dərinizə vurun. Təxminən 15-20 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.

Alma maskası

Üzünüzün yağlı olmayan yerlərini qurutmayan və sızanaqlardan da təmizlənməsinə kömək edən almalı maska qarışıq dəri tipi olanlar üçün idealdır. Bu maskanı hazırlamaq üçün 1 ədəd rəndələnmiş alma və 1 xörək qaşığı balı qarışdırın. Əvvəlcədən təmizləyib quruladığınız dərinizə vurun. Həftədə bir dəfə maskanı tətbiq etmək kifayətdir.

Darçın maskası

Darçınlı sızanaq maskası üçün ehtiyac duyulan ərzaqlar 2 xörək qaşığı bal və 1 xörək qaşığı darçındır. Verilənləri birlikdə qarışdırın. Təmiz dəriyə vurduğunuz maskanı 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Həftədə 2 dəfə vurmağınız kifayət olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png