ONN İnformasiya Agentliyi

Tökülən saçların çarəsini evdə də hazırlaya bilərsiniz – MÖCÜZƏVİ RESEPT

Tökülən saçların çarəsini evdə də hazırlaya bilərsiniz – MÖCÜZƏVİ RESEPT
04 Yanvar 2020 - 17:46

Adətən, məişətdə istifadə etdiyimiz soda təmizlik, müxtəlif şirniyyatların hazırlanmasında köməyimizə çatır. Bununla yanaşı müxtəlif xəstəliklərin müalicəsi üçün də əvəzsiz dərmandır. Olduqca faydalı bu maddə saçın sağlamlığını və parlaqlığını bərpa edir, kökünü möhkəməndirir. Siz onu adi şampun əvəzinə istifadə edib, inanılmaz faydasından zövq ala bilərsiniz.

ONN media sodalı şampunun reseptini təqdim edir.

Kiçik bir şüşəyə 1:3 nisbətdə soda və su töküb qarışdırın. Qədərini saçın uzunluğundan asılı olaraq tənzimləyə bilərsiniz. Saçlarınız uzundursa, 9 xörək qaşığı su və 3 xörək qaşığı soda qarışdırın. Sonra bu məhlulu quru və ya nəm saçlarınıza, saç kökündən uclarına qədər yaxıb 1-3 dəqiqə saxlaya bilərsiniz. Bir neçə dəqiqə saxladıqdan sonra isti su ilə yuyun. Saçlarınızı alma sirkəsi istifadə edərək yenə yaxalayın. Su ilə sirkəni 1:4 nisbətdə qarışdırın.Ətrini yaxşılaşdırmaq üçün efir yağı istifadə edə bilərsiniz. Şampunun faydası artıq ilk istifadədən sonra nəzərə çarpacaq. Saçlarınız sürətlə uzanacaq, güclü, parlaq və sağlam olacaq!(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png