ONN media

Üzünüzü yuyanda suya sirkə əlavə edin – ƏLA NƏTİCƏ!

Üzünüzü yuyanda suya sirkə əlavə edin – ƏLA NƏTİCƏ!
23 Avqust 2019 - 2:08

Təbii sirkə (alma və ya üzüm sirkəsi) vitaminlər, minerallar, orqanik turşularla zəngin olan faydalı məhsuldur.

ONN media bildirir ki, sirkə qədim zamanlardan dəri və saçların gözəlliyi üçün geniş istifadə olunur.

Dərinin gözəlliyi üçün üzünüzü adi su ilə deyil sirkə əlavə olunmuş su ilə yuyun. 1 stəkan suya 2 x.q. təbii sirkə (esensiya yox!) əlavə edin, qarışdırın və bu su ilə üzünüzü və həmçinin boyun və dekolte zonalarını yuyun. Bunu həftədə bir neçə dəfə etmək olar.

Bu sadə vasitə dərini yaxşı təmizləyir və ağardır, dəridə regenerasiya (bərpa) proseslərini sürətləndirir, dərini cavanlaşdırır, yağlı dəriyə xas olan xoşagəlməz parıltını azaldır, dərini daha təravətli edir.

Nəzərinizə çatdıraq ki, çox quru, nazik, zəif dəri üçün bu üsul uyğun gəlmir.(aglamolun.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png