Yağlı saçlardan necə xilas olaq? – TƏBİİ MASKA

Qadınları gözəl göstərən amillərdən biri də saçlarıdır. Xanımların əksəriyyəti demək olar ki, yağlı saçlardan əziyyət çəkir.

ONN media evdə təbii üsulla hazırlaya biləcəyiniz maskanı təqdim edir:

Bir yemək qaşığı qarğıdalı nişastası və 3-4 damcı lavanda yağını qarışdırın. Alınan məhlulu saç diblərinə vurun. Beş dəqiqə gözlədikdən sonra fırça ilə saçınızı darayın. Bu üsulla təmiz saçlara qovuşacaqsınız.