Ələt yolunda yüklə dolu qazel aşıb

Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, “Mersedes” markalı avtomobillə “Qazel” markalı yük maşını toqquşub. Hadisə zamanı “Qazel” aşaraq, içərisində olan naringilər yola dağılıb.

Qəza nəticəsində 1 nəfər yaralanıb.

İlkin ehtimala görə, hadisəyə səbəb “Mersedes”in sürücüsünün yuxulu olması olub.