“Əl-Qaidə”nin 3 lideri məhv edildi

ABŞ-ın Yəmənə endirdiyi havazərbələri nəticəsində “Ərəb yarımadasında Əl-Qaidə” terror qruplaşmasının 3 lideri məhv edilib.

ONN media xəbər verir ki, ötən ilin noyabrında Əl Beydə əyalətində qruplaşmanın rəhbər komitəsinin üzvü Əbu Ömər əl-Sənani, dekabrda isə qruplaşmanın xarici əməliyyatlarının koordinatoru Mikdad Əl-Sənani öldürülüb.

Həmçinin dekabrın 19-da qruplaşmada silah, partlayıcı maddə və maliyyə vəsaitlərinin daşınmasına cavabdeh olan Həbib əl-Sənani məhv edilib.