Əsgərimizin meyiti təmas xəttində tapıldı

Müdafiə Nazirliyi Azərbaycanın ordusunun hərbçisinin meyitinin təmas xəttində tapılması barədə məlumat yayıb.

MN-dən ONN media-ya daxil olan məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.