ONN İnformasiya Agentliyi

Əcnəbi özünü öldürmək istədi – BAKIDA

Əcnəbi özünü öldürmək istədi – BAKIDA
22 Sentyabr 2020 - 23:07

Bakıda intihara cəhd hadisəsi baş verib.

ONN media  xəbər verir ki, Hadisə Nərimanov rayonunda yerləşən “Reymon” otelində qeydə alınıb.

Gürcüstan respublikasının vətəndaşı, 1964-cü il təvəllüdlü Milkoşvili Levon Qiorqiya oğlu bıçaqla özünə xəsarətlər yetirib. Yaralı çoxlu qan itirdiyinə görə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarnının ön divarının və hər iki saidin çoxsaylı kəsikləri diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat olunub və həkim nəzarətində saxlanılır.

Hadisənin təfərrüatı araşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png