ONN İnformasiya Agentliyi

Ələt yolunda yenidən yol qəzası olub

Ələt yolunda yenidən yol qəzası olub
09 Yanvar 2023 - 15:59

Ələt-Astara-İran sərhəddi avtomobil yolunda ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən ONN media-ya verilən məlumata görə, hadisə yolun 68-ci kilometrliyində, Salyan rayonu ərazisindən keçən hissəsində baş verib. Masallı rayon sakini Araz Arif oğlu Məcidovun idarə etdiyi “Kamaz” markalı 44 CG 110 dövlət nömrə nişanlı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Lənkəran rayon sakini Elman Rəhim oğlu Ağamalıyevin idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin qoşqusu toqquşub.

Hadisə nəticəsində sürücü Araz Məcidov xəsarət alıb, sərnişini Rahib Elbəyi oğlu Kiçibəyov hadisə yerində ölüb.

Faktla bağlkı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png