ONN İnformasiya Agentliyi

12 il həbsdə olan peşəkar oğru saxlanıldı

12 il həbsdə olan peşəkar oğru saxlanıldı
17 Sentyabr 2019 - 22:43

Kürdəmir rayonunda dəfələrlə məhkumluq həyatı yaşamış peşəkar oğru saxlanılıb.

ONN media bildirir ki, 1989-cu il təvəllüdlü Allahverdiyev Fərid Zabit oğlu rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Saxlanılan şəxs bu ilin sentyabr ayı ərzində rayonda 3 oğurluq hadisəsi törədib.

O, rayonun Qaraqocalı kənd sakini Əhmədov Cəlal Ağaqulu oğluna məxsus evdən 1910 manat nəğd pul, Kürdəmir şəhər 20 Yanvar küçəsi, ev 28-də yaşayan Şahbazova Xalidə Ağaməşədi qızına məxsus evdən qızıl dəstləri və 30 manat pul, həmçinin həmin küçədə yaşayan Məhərrəmova Zümrüd Həsən qızına məxsus evdən müxtəlif növ məişət avadanlıqları və yataq dəstlərini oğurlayıb. Fərid Allahverdiyev ilk dindirilmə zamanı həmin ünvanlardan oğurluq etdiyini etiraf edib.

F.Allahverdiyev əvvəllər də, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 11 il 6 ay həbs həyatı yaşayıb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində cinayət işi açılaraq araşdırma aparılır.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png