ONN İnformasiya Agentliyi

14 yaşında uşaq CİNAYƏTƏ GÖRƏ AXTARIŞDADIR

14 yaşında uşaq  CİNAYƏTƏ GÖRƏ AXTARIŞDADIR
21 Sentyabr 2020 - 10:37
2020-ci ilin birinci yarısında axtarışda olanların sayı açıqlanıb.

ONN media  xəbər verir ki, Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, axtarışda olan təqsirləndirilən şəxslərin sayı 3357 nəfər olub.

Onlardan 1857 nəfəri müəyyən olunub. Bu ilin altı ayında cəzaçəkmə müəssisələrindən qaçanlar 15 nəfər təşkil edib. Cəza çəkməkdən boyun qaçıranlar 135 nəfər olub, onların 109 nəfəri müəyyən edilib.

İstintaqdan, təhqiqatdan və məhkəmədən yayınanlar 3208 nəfər təkil edib, 1748- i tapılıb.

Axtarışda olan təqsirləndirilən şəxslərin ümumi sayında 14-17 yaşda olan uşaqların sayı 21 nəfər olub, 16 nəfər müəyyən edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png