ONN İnformasiya Agentliyi

14 yaşlı yeniyetmə dəm qazından zəhərlənib

14 yaşlı yeniyetmə dəm qazından zəhərlənib
30 Dekabr 2017 - 22:55

Qaxda 9-cu sinif şagirdi dəm qazından zəhərlənib.

ONN media xəbər verir ki, bu gün axşam saat 19 radələrində rayonun Qaxbaş kənd sakini, 2003-cü il təvəllüdlü Nərmin Pərviz qızı Hüseynova zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 9-cü sinif şagirdi olan Nərmin Hüseynovanın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənməsi məlum olub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Nərmin Hüseynovanın vəziyyətinin stabilləşməyə doğru getdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png