15 metrlik şam ağacı karuselin üstünə aşdı – Xəsarət alanlar var

Almaniyadakı Milad yarmarkalarının birində hündürlüyü 15 metr olan şam ağacı aşıb.

ONNmedia xəbər verir ki, hadisə axşam saatlarında Eşvayler şəhərində baş verib.

Ağac uşaq karuselinin üzərinə düşüb. Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı uşaqlar xəsarət almayıb. Hadisənin səbəbi hələ ki, müəyyənləşməyib. Milad yarmarkası bağlanılıb.