17 yaşlı qız 7-ci mərtəbədən yıxıldı – VƏZİYYƏTİ AĞIRDIR

Gəncə şəhərində 17 yaşlı qız ehtiyatsızlıqdan 7-ci mərtəbədən yıxılıb.

Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

İlkin məlumata əsasən, 2004-cü il təvəllüdlü H.Ş (şərti ad) hündür mərtəbəli binadan yıxılıb.

Hazırda şəhər xəstəxanalarından birinə yerləşdirilən qızın vəziyyəti ağırdır.