ONN media

19 yaşlı qızı maşın vurub qaçdı – BAKIDA

19 yaşlı qızı maşın vurub qaçdı – BAKIDA
09 Sentyabr 2019 - 22:16

Bakıda gənc qızı maşın vurub.

ONN media xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Qəsəbə ərazisindəki “Rahat Market”in qarşısında naməlum avtomobil yolu keçmək istəyən piyada, 2000-ci il təvəllüdlü Bəşirova Nəzrin Şakir qızını vurub. Sürücü dərhal hadisə yerindən qaçıb.

Yaxınlıqdakı şəxslərin köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png