2 il əvvəl oğurluq edən şəxs tutulub

Cəlilabadda iki il əvvəl həyətyanı sahələrdən oğurluq edən şəxs saxlanılıb.

ONN media xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 17-də oğurluq etdiklərinə görə tutulmuş Rövşən Əzizovun və Mahir Astanovun 2021-ci ilin fevral ayında Zopun kəndindən 4 baş inək oğurlamaları, bundan başqa, Mahir Astanovun müxtəlif vaxtlarda 3 həyətyanı sahədən ümumilikdə 38 ev quşu oğurlaması müəyyən olunub.

Cəlilabad Rayon Polis Şöbəsində araşdırma davam edir.