“28 May” stansiyasında CİNAYƏT – Gənc oğlan bıçaqlandı…

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə Bakı metrosunun “28 may” stansiyasının içində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Şükürov Həzrətəli Abıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın və boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)