28 yaşlı qız hadisə yerində keçinib

ONN media xəbər verir ki,Bakıda dünən ölümlə nəticələnən yol qəzası baş verib.

Dünən saat 18:30 radələrində Nizani rayonu ərazisində-Qara Qarayev prospektində naməlum avtomobil yolu keçən 28 yaşlı qızı vurub.Ağır xəsarət alan qız hadisə yerində keçinib.Hadisə şahidləri bildirir ki,piyadanı "Fiat Doblo"markalı avtomobil vurub.Sürücü qəzadan sonra nəqliyyat vasitəsi ilə birgə hadisə yerindən qaçıb.Hazırda qəzanı törədən sürücü və nəqliyyat vasitəsinin axtarışı davam edir.Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb.