4,1 bal gücündə zəlzələ baş verib

Monqolustanın qərbində Rixter cədvəli ilə 4,1 bal gücündə zəlzələ baş verib.

ONN medianın məlumatına görə,zəlzələnin episentri Harqas-Nuur yaxınlığında qeydə alınıb.Məlumatlara görə,yeraltı təkanlar Rusiyanın Tuva respublikasının Kızıl şəhərində 281 kilometr cənub-qərbində baş verib.Zəlzələ nəticəsində hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.