5 otaqlı ev kül oldu – ZAQATALADA

Zaqatala rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, Zaqatala rayonunun Göyəm kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.