Dəmiryol stansiyasında partlayış

Hamburqda dəmiryolu stansiyasında partlayış baş verib.

ONNmedia gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Nəşrin bildirdiyinə görə, naməlum şəxsin stansiyada "unutduğu" çanta sonradan partlayıb.

Xəsarət alanlar barədə məlumat yoxdur. Polis hadisə yerində araşdırma aparır.