ONN İnformasiya Agentliyi

6 yaşlı qız sahibsiz itin hücumuna məruz qalıb

6 yaşlı qız sahibsiz itin hücumuna məruz qalıb
20 Sentyabr 2018 - 23:45

Şəki rayonunda itqapma hadisəsi baş verib.

ONN media  report-a istinadən xəbər verir ki, axşam saatlarında rayonun Kiş kəndində 2012-ci il təvəllüdlü yerli sakin Kərimova Ləman Şamxal qızı anası ilə yolla gedərkən sahibsiz itin hucumuna məruz qalıb.

İt 6 yaşlı Ləmanın sol üzündən dişləyərək qaçıb. Uşaq valideynlərinin köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan bildirilib ki, L.Kərimovaya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png