ONN İnformasiya Agentliyi

65 yaşlı kişi çoxmərtəbəli binadan yıxılıb öldü – BAKIDA

65 yaşlı kişi çoxmərtəbəli binadan yıxılıb öldü – BAKIDA
16 Sentyabr 2019 - 22:31

Bakıda xəstə kişi binadan yıxılıb ölüb.

ONN media bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26, ev 7, mənzil 670-də yaşayan 1954-cü il təvəllüdlü Yunusov Rasim Məhəmməd oğlunun üzərində bədən xəsarətləri olan meyiti yaşadığı binanın həyətindən aşkarlanıb.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə, yaşadığı evin balkonuna və meyitə baxış keçiriblər.

İlkin ehtrimala görə, R.Yunusov bu gün səhər saatlarında yaşadığı evin balkonundan yıxılaraq dünyasını dəyişib və o, qan təzyiqindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png