7 aylıq hamilə qadın hamamda ölü tapıldı – İsmayıllıda

İsmayıllıda 7 aylıq hamilə qadın vanna otağında ölüb.

ONN media xəbər verir ki, hadisə rayonun Talış kəndində baş verib.

Dadaşlı Nərmin Arif qızının dəm qazından zəhərləndiyi ehtimal olunur. Bu, onun ilk hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.