83 yaşlı kişini maşın vurub öldürüb

Goranboy rayonunda 83 yaşlı kişini maşın vuraraq öldürüb. 

ONN media xəbər verir ki, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb.

Bərdə rayon sakini Roman Qarayev idarə etdiyi VAZ-21074 markalı maşınla yolu keçən 83 yaşlı Mahmud Dəmirovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.