ONN İnformasiya Agentliyi

Abbas Bağırovun keçmiş köməkçisinə AĞIR CƏZA VERİLDİ

Abbas Bağırovun keçmiş köməkçisinə AĞIR CƏZA VERİLDİ
12 İyun 2019 - 17:41

Əməkdar artist Abbas Bağırovun köməkçisi, dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevə hökm oxunub. 

ONN media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O. Mehrəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, O.Mirəliyev həmçinin, müğənni Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv/metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.

2017-ci ildə Maman Nadirovdan 3500 manat alaraq, onun cinayət işinə xitam verdirdirəcəyini vəd edib.

Qeyd edək ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png