ONN İnformasiya Agentliyi

ABŞ-da soyuqdan 16 nəfər ölüb

ABŞ-da  soyuqdan 16 nəfər ölüb
04 Yanvar 2018 - 23:51

ABŞ-da son bir həftə ərzində azı 16 nəfər anomal soyuqların və qarlı hava şəraitinin qurbanı olub.

ONN media  bildirir ki, bu barədə CNN məlumat yayıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Viskonsində 6, Texasda 4, Şimali Karolinada 3 ölüm faktı qeydə alınıb.

Miçiqan, Missuri və Şimali Dakota ştatlarının hər birində kəskin soyuq və qarlı hava ilə əlaqədar 1 ölüm faktı qeydə alınıb. Telekanal qeyd edib ki, bu ştatlarda temperatur normadan 15-20 dərəcə aşağıdır. Məsələn, Missuri ştatının Sent-Luis şəhərində havanın hərarəti mənfi 13 dərəcədir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png